Azərbaycan Birinci Liqasında iddialılar sırasında yer alacağı gözlənilən “Şəfa”nın daimi yerləşəcəyi baza bəlli olub.
Sportal.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi “Ruslan-93”də məskunlaşacaq.
"Şəfa" məşqlərini isə böyük ehtimalla BOS-un ehtiyat meydançasında reallaşdıracaq.
Qeyd edək ki, Elgiz Kərəmlinin rəhbərlik etdiyi kollektiv başa çatan mövsümdə İkinci Liqada 2-ci pilləni tutaraq, 2025/2026 mövsümündə Birinci Liqada oynamaq haqqı qazanıb.
saytlarin hazirlanmasi