“Qarabağ”ın sabiq hücumçusu Hamidu Keyta yenidən Azərbaycan Premyer Liqasında oynaya bilər.
Sportal.az saytına verilən məlumata görə, 30 yaşlı futbolçunun xidmətində maraqlı olan klublar var.
Premyer Liqanın bir neçə təmsilçisi Keyta üçün menecerinə müraciət edib. “Konyaspor”da əsas heyət üzvü ola bilməyən Keytanın Azərbaycana qayıtmağa müsbət yanaşdığı bildirilir.
Fransızın Türkiyə klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Sent-Etyen”, “Şambli”, “Dunarea”, “Vitorul”, “Botoşani”, “Santa-Klara”, “Zirə”, “Qarabağ” klublarında çıxış edib.