"Yuventus" və İqor Tudor yeni müqavilə barədə razılığa gəliblər.
Sportal.az xəbər verir ki, Turin klubunun baş direktoru Damyen Komolli daha əvvəl xorvat mütəxəssisin növbəti mövsümdə də klubun baş məşqçisi olacağını təsdiqləmişdi.
İnsayder Fabritsio Romano bildirir ki, Tudor "Yuventus"la 2027-ci ilin iyun ayına qədər yeni müqavilə imzalayacaq. Qeyd olunur ki, Komolli və klubun futbol strategiyası üzrə direktoru Corco Kyellini məşqçiyə tam etibar edirlər.
Qeyd edək ki, Tudor bu ilin mart ayında "Yuventus"un baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 9 oyun keçirib – 5 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət. Mövsümün yekununda "Yuventus" A Seriyasında 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.
saytlarin hazirlanmasi