Kevin De Bruynenin yeni klubu bəlli oldu - RƏSMİ

19:22 - 12 İyun 2025

"Mançester Siti"dən ayrılan Kevin De Bruynenin yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi "Napoli"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya çempionu 33 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Kevin De Brüyne 2015-ci ilin yayında "Volfsburq"dan "Mançester Siti"yə keçmişdi.

Xəbər xətti