"Tottenhem"də danimarkalı baş məşqçi - RƏSMİ

23:47 - 12 İyun 2025

Tomas Frank "Tottenhem"in baş məşqçisi təyin olunub.

Sportal.az xəbər verir ki, London klubu rəsmi olaraq danimarkalı mütəxəssis Tomas Frankın baş məşqçi təyin olunduğunu elan edib. Yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.

Mətbuatda yayılan məlumatlara görə, "Tottenhem" Frankın gedişi qarşılığında "Brentford"a 10 milyon funt-sterlinq kompensasiya ödəyəcək.

Xatırladaq ki, klub ötən mövsüm "Tottenhem"i Avropa Liqasının qalibi edən Ange Postekoqlu istefaya göndərmişdi.

Xəbər xətti