"Dinamo"dan ayrılan Bruno Petkoviç karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, xorvatiyalı hücumçu "Kocaelispor"la anlaşıb. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Super Liqaya yüksələn klub Petkoviçlə razılıq əldə edib. "Kocaelispor" 30 yaşlı forvarda illik 1,5 milyon avro maaş verəcək.
Qeyd edək ki, Bruno Petkoviç 2018-ci ilin yayından "Dinamo"da çıxış edirdi. Xorvatiya millisinin üzvü ötən mövsüm Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi