U-13 Qızlar Liqasının qalibləri mükafatlandırıldı

15:36 - 10 İyun 2025

AFFA U-13 Qızlar Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.

Sportal.az xəbər  verir ki, FHN İSM-də üçüncü yer uğrunda oyun və final görüşü keçirilib. Bürünc mükafat uğrunda matçda Qubanın “Alekseyevka” komandası üzərində 1:0 hesablı qələbə qazanan “Sumqayıt” yarışı üçüncü sırada tamamlayıb.

Ardından final qarşılaşmasında “Səbail” və “Şəfa” kollektivləri üz-üzə gəliblər. 2:0 hesablı qələbə qazanan “Səbail” çempion olub. “Şəfa” isə gümüş medallara yiyələnib.

Oyundan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. “Səbail”in futbolçusu Ofelya Şahbazi mövsümün ən yaxşı oyunçusu, “Şəfa”nın üzvü Ayan Aşurlu ən yaxşı qapıçısı seçilib. Mövsüm ərzində 30 qol vuran “Sumqayıt”ın oyunçusu Zeynəb Cabbarlı isə ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.

Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov, millinin qapıçı məşqçisi Ruslan Quliyev və 17 yaşadək qadın futbolçulardan ibarət komandamızın baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.

Xəbər xətti