Premyer Liqa klubu fransalı futbolçu ilə yollarını ayırdı

17:40 - 9 İyun 2025

İngiltərənin "Vest Hem" klubu müqaviləsi başa çatan Kurt Zuma ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi fransalı futbolçu ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı mərkəz müdafiəçisinin sözləşməsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, Kurt Zuma ötən mövsüm icarə əsasında Səudiyyə Ərəbistanının "Əl-Oroba" klubunda çıxış edib.

Xəbər xətti