Macarıstaan millisinin futbolçusu Loik Neqo Azərbaycan yığması ilə yoldaşlıqq oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az 34 yaşlı sağ cinah müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:
- Sabah necə oyun gözləyirsiz?
- Bizim üçün vacib oyundur. Yoldaşlıq oyunu deyilən bir anlayış yoxdur. Bura öz işimizi görməyə gəlmişik.
- Rəsmi matçlardan öncə son yoldaşlıq oyunudur. Sabah nəticə önəmlidir?
- Həmişə belə olub. Bizim üçün nəticə önəmlidir. Hər zaman qələbə qazanmaq istəyirik. Qalib gəlmək üçün meydanda düzgün işlər görmək lazımdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi