"Barselona"nın qapıçısı İnaki Pena ayrılıq qərarı verib.
Sportal.az xəbər verir ki, ispan qolkiper klub rəhbərliyinə ayrılmaq istədiyini bildirib. Bu barədə "Diario Sport" nəşri məlumat verib.
Pena az oynadığı üçün "Barselona"nı tərk etmək istəyir. Rəhbərlik 26 yaşlı "əlcək sahibi" üçün gələn təklifləri dəyərləndirəcək.
"Qalatasaray" qapıçı ilə yaxından maraqlanır. İstanbul təmsilçisi yarım mövsüm icarə əsasında komandada çıxış etmiş İnaki Penanı yenidən heyətinə qatmaq istəyir.
Qeyd edək ki, İnaki Pena "Barselona"nın yetirməsidir. O, ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 23 rəsmi matçda iştirak edib. Qolkiperin klubla 1 illik müqaviləsi var.
saytlarin hazirlanmasi