Emreli İngiltərə klubundan imtina etdi, bu ölkədə qalmaq istəyir

10:22 - 15 İyun 2025

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin İngiltərədə oynamaq variantı var. 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçuya İngiltərənin “Hall Siti” klubu da təklif göndərib.

Amma o, bu təklifə o qədər də maraq göstərmir və Almaniyada qalmaq istəyir. Xatırladaq ki, bundan əvvəl “Hannover” və “Kayserslautern” Emreliyə rəsmi təklif göndərmişdi.
 

Xəbər xətti