İspaniyanın "Vilyarreal" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir kİ, "sarı sualtı qayıq" "Las Palmas"dan Alberto Moleyronu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Vilyarreal" ispaniyalı vinger üçün onun klubuna 16 milyon avro təzminat ödəyib. 21 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, 2018-ci ilin yayında "Las Palmas"a qoşulub. İspaniya U-21 millisinin üzvü ötən mövsüm La Liqa təmsilçisinin heeyətində meydana çıxdığı 36 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi