"Qarabağ" Azərbaycan millisinin üzvü ilə yeni müqavilə imzalayacaq

11:48 - 17 İyun 2025

"Qarabağ" müdafiəçisi Abbas Hüseynovu buraxmaq niyyətində deyil.

Sportal.az saytına verilən məlumata görə, Azərbaycan çempionu Hüseynova yeni müqavilə təklif edib. Tərəflər arasında razılıq əldə edildiyi bildirilir.

Yeni müqavilə isə 2 illikdir. Milli komandamızın üzvünün “Qarabağ”la hələ 1 illik müqaviləsi qüvvədə idi. 

Qeyd edək ki, 29 yaşlı futbolçu 2017-ci ildə “İnter”dən (indiki “Şamaxı”) “Qarabağ”a keçmişdi.
 

Xəbər xətti