"Sabah" Macarıstan klubunun baş məşqçisi ilə danışıq aparır

12:22 - 18 İyun 2025

"Sabah" Vasili Berezutskinin gedişindən sonra baş məşqçi postuna axtarışlarını davam etdirir.

Sportal.az xəbər verir ki, Azərbaycan kubokunun sahibi Valdas Dambrauskas variantının üzərində dayanıb.

Hazırda litvalı mütəxəssislə danışıqlar davam etdirilir. Hazırda 48 yaşlı baş məşqçi Macarıstanın “Dyoşdyor” komandasına rəhbərlik edir. O, karyerası ərzində “Ekranas”, “Jalqris”, RFŞ, “Qoritsa”, “Ludoqorets”, “Hayduk”, “OFİ Krit” kimi komandalarında işləyib.

Əlavə edək ki, ötən mövsüm onun çalışdırdığı “Omoniya”(Nikosiya) Konfrans Liqasının pley-off mərhələsində “Zirə” (6:0, 0:1) ilə qarşılaşmışdı. 
 

Xəbər xətti