"Araz-Naxçıvan"da braziliyalı müdafiəçi - RƏSMİ

14:12 - 19 İyun 2025

"Araz-Naxçıvan" növbəti transferi reallaşdırıb. 

Sportal.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Bruno Franko ilə müqavilə imzalayıb.

Braziliyalı sol cinah müdafiəçisi qarşıdakı mövsümü Azərbaycan klubunda keçirəcək. 

27 yaşlı futbolçu ötən mövsüm “Lokomotiv”də (Sofiya) oynayıb.

O, karyerası ərzində "Spartak" (Pleven), "Matonense”, “Rio Branko”, “Batatais”, “Mogi Mirim”(hamısı Braziliya) klublarında oynayıb. 

Xəbər xətti