"Mançester Yunayted" Mbemonun transferində ümidlidir

23:19 - 18 İyun 2025

"Mançester Yunayted" Brian Mbemonun transferi ilə bağlı nikbinliyini qoruyur.

Sportal.az xəbər verir ki, daha əvvəl bildirilmişdiki, cinah hücumçusu üçün "Tottenhem" variantı daha cəlbedici olub, çünki "Brentford"un baş məşqçisi Tomas Frank London klubuna keçib. Buna baxmayaraq, 25 yaşlı futbolçu hələ də "Mançester Yunayted"ə üstünlük verir.

"Mançester Yunayted" hələ də Brian Mbemonun transferinə ümidlidir. "Brentford"un futbolçusu, Tomas Frankın "Tottenhem"ə baş məşqçi təyin olunmasına baxmayaraq, "qırmızı şeytanlar"a keçmək istəyində qalır.

Hələlik klublar arasında razılıq əldə olunmayıb, lakin danışıqlar davam edir.

Mbemo 2024/25 mövsümündə Premyer Liqada 38 turda 20 qol vuraraq bombardirlər arasında ilk beşliyə düşüb.

Xəbər xətti