Dövlətdən klublara ayrılan vəsaitin yarım milyon manat azaldılmasından sonra xərcləri azaltmaq üçün Əvəzedicilər liqasının ləğv olunacağı ilə bağlı iddialar ortaya çıxıb. Bu söhbət bir aydan çoxdur getsə də, hələlik AFFA-dan heç bir reaksiya yoxdur.
Mövzu ilə bağlı xeyli müddətdir ki, "Neftçi"nin gəncləri ilə çalışan Rəşad Abdullayevin fikirlərini öyrəndik. Sportal.az saytına danışan mütəxəssis federasiyanın qərarını gözlədiklərini dedi:
"Mövsüm bitəndən sonra futbolçuları istirahətə buraxmışıq. AFFA-nın qərarını gözləyirik. Amma istənilən halda "Neftçi"nin ikinci komandası fəaliyyətini davam etdirəcək. Ya Əvəzedicilər liqasında oynayacağıq, ya da I Liqada.
Şəxsən mən istəyərdim ki, Əvəzedicilər liqası dağılmasın. Çünki heç də bütün klublar I Liqada oynamaqda maraqlı deyil. Əvəzedici heyət uşaqlarının əksəriyyəti I Liqa klublarının heyətinə düşmək gücündə deyil. Amma 1-2 il Əvəzedicilər liqasında oynadıqdan sonra artırıb rəqabətə hazır olurlar. Ona görə Əvəzedicilər liqasının qalmasını istəyirəm".
saytlarin hazirlanmasi