Lənkəranda minifutbol turniri keçiriləcək

18:15 - 19 İyun 2025

AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə 20-24 iyun tarixlərində eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turniri keçiriləcək.

Sportal.az xəbər verir ki, Lənkəranda yerləşən “Raypo” İdman-Sağlamlıq Mərkəzində təşkil ediləcək yarışda 9 komanda iki qrupda mübarizə aparacaq. Bir qrupda 5, digərində isə 4 komanda çıxış edəcək. Qruplarda ilk iki yeri tutacaq kollektivlər yarımfinala vəsiqə qazanacaqlar. Son gündə mükafatlandırma mərasimi olacaq.
Respublika turnirinin təqvimini diqqətinizə çatdırırıq:

20 iyun
14:00. Açılış mərasimi
15:00. Lənkəran - Xaçmaz
16:00. Bakı - Gəncə
17:00. Bərdə - Mingəçevir
18:00. Sumqayıt - Şirvan
19:00. Şəki - Lənkəran

21 iyun
10:00. Mingəçevir - Xaçmaz
11:00. Bərdə - Şəki
12:00. Şirvan - Bakı
17:00. Gəncə - Sumqayıt
18:00. Lənkəran – Mingəçevir
19:00. Xaçmaz – Şəki

22 iyun
15:00. Bərdə - Lənkəran
16:00. Şəki – Mingəçevir
17:00. Bakı - Sumqayıt
18:00. Gəncə - Şirvan
19:00. Xaçmaz - Bərdə

23 iyun
Yarımfinal
17:00. A1 - B2
18:00. B1 - A2

24 iyun
11:00. 3-cü yer uğrunda
12:00. Final
13:30. Mükafatlandırma mərasimi

Xəbər xətti