"Barselona" ispaniyalı qapıçı ilə müqavilə imzaladı

16:58 - 20 İyun 2025

"Barselona" "Espanyol"dan transfer etdiyi Xoan Qarsiyanı ictimaiyyətə təqdim edib.

Sportal.az xəbər verir ki, ispaniyalı qapıçı üçün imza mərasimi təşkil olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kataloniya təmsilçisi 24 yaşlı qolkiperlə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki,  "Barselona" Xoan Qarsiya üşün "Espanyol"a 25 milyon avroluq sərbəstqalma məbləğini ödəyib.

Xəbər xətti