Tanınmış məşqçi Braziliya klubunu çalışdıracaq

21:19 - 20 İyun 2025

Hernan Krespo "Sao Paulo"nun baş məşqçisi təyin edilib.

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis 2 bir illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, Braziliya klubuna qayıdışını reallaşdırıb. Krespo 2021-ci ildə səkkiz ay “Sao Paulo”ya rəhbərlik edib və onları ştat çempionluğuna daşıyıb.

Braziliyaya qayıtmazdan əvvəl 49 yaşlı məşqçi BƏƏ-nin “Əl-Ayn” klubunu çalışdırıb. Amma o, 2024-cü ilin noyabrında Asiya Çempionlar Liqasında “Əl-Nəsr”ə 1:5 hesablı məğlubiyyətdən sonra klubu tərk edib.

Xəbər xətti