PSJ 55 milyon funt-sterlinq təklif etdi, 70 milyon istədilər

23:49 - 20 İyun 2025

PSJ İlya Zabarnı üçün ikinci təklifini irəli sürüb.

Sportal.az xəbər verir ki, "Sky Sports"un məlumatına görə, Paris klubu “Bornmut”a 22 yaşlı müdafiəçinin transferi üçün 55 milyon funt-sterlinq təklif edib.

Lakin ingilislər ukraynalı futbolçunu 70 milyon funtdan çox qiymətləndirirlər.

Zabarnı ötən Premyer Liqa mövsümündə 36 oyun keçirib.

Xəbər xətti