"Fənərbaxça"dan ayrılan serb "Qarabağ"da?

10:47 - 23 İyun 2025

"Qarabağ" transfer çalışmalarını davam etdirir.

Sportal.az "Haberler.com"a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Fənərbaxça"dan ayrılan Duşan Tadiçi transfer etməyi planlaşdırır.

Serbə "Olimpiakos"la yanaşı, "Qarabağ" da maraq göstərir.

İddia olunur ki, Azərbaycan çempionu 36 yaşlı futbolçunun meneceri ilə danışıqlara start verib.

Tadiç ötən mövsüm “Fənərbaxça”nın heyətində 53 oyun keçirib, 13 qol vurub, 18 assist edib.

Xəbər xətti