"Araz-Naxçıvan"ın yeni transferi müharibə zonasından çıxa bildi, komandaya qoşuldu

13:49 - 23 İyun 2025

“Araz-Naxçıvan”ın yeni transferi Bar Kohen artıq komandaya qoşulub.

Sportal.az xəbər verir ki, İran və İsrail arasında davam edən müharibə səbəbindən ölkəsini tərk edə bilməyən israilli oyunçu artıq Bakıya gəlib. O, komandasının dünən keçirilmiş məşqində iştirak edib.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2025/2026 mövsümündə “Araz-Naxçıvan”ın formasını geyinəcək.

O, “Makkabi”(Tel-Əviv), “Hapoel Hayfa”, “Beytar”, “Makkabi Netanya” klublarında oynayıb.
 

Xəbər xətti