İtaliya millisinin qapıçısı Canluici Donnarumma PSJ ilə müqavilə müddətini artırmağa yaxındır.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Fransa çempionu italiyalı qolkiperi komandada saxlamaq istəyir.
Buna görə də, ona yeni müqavilə təklif edilib. Tərəflərin nümayəndələri bu həftə son görüşü keçirəcək və yeni müqavilə ilə bağlı yekun razılığa gəlməyə çalışacaqlar.
Donnarumma özü də, ötən mövsüm 4 kubok qazandığı Paris klubunda qalmaq istəyir. 26 yaşlı italiyalının hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir.
saytlarin hazirlanmasi