"Neftçi"dən ayrılan müdafiəçi Fransa klubunda - RƏSMİ

21:16 - 24 İyun 2025

"Neftçi"dən ayrılan Ervin Koffinin yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, fransalı futbolçu karyerasını ölkəsində davam etdirəcək.

Koffi "Genqam"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı sağ cinah müdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ervin Koffi 2023-cü ilin yayından "Neftçi"də çıxış edirdi.

Xəbər xətti