"Sabah"da ayrılıq - RƏSMİ

17:11 - 24 İyun 2025

“Sabah” Namik Ələskərovla yollarını ayırıb.

Sportal.az xəbər  verir ki, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Namik 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 83 (7) oyun keçirib. Namik “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.

Xəbər xətti