"Tottenhem" Yaponiya millisinin müdafiəçisi Kotа Takaini transfer edəcək.
Sportal.az xəbər verir ki, London klubu "Kavasaki Frontale" ilə 20 yaşlı futbolçunun keçidi üçün 5 milyon funt sterlinqə razılaşıb. Bu məbləğ J-League tarixində yapon oyunçu üçün ən bahalı transfer olacaq.
Takainin "Tottenhem"in əsas komandasında çıxış edəcəyi gözlənilir.
2025-ci ildə Takai Yaponiya çempionatında 19 oyun keçirib və 2 qol vurub. Milli komandada isə onun 4 oyunu var.
saytlarin hazirlanmasi