"Liverpul"un futbolçusu Harvi Elliot Premyer Liqada klubunu dəyişməyə yaxındır.
Sportal.az xəbər verir ki, 22 yaşlı hücumameyilli yarımmüdafiəçi "Brayton"un yay transfer pəncərəsi üçün əsas hədəfidir. Bu barədə "Standard Sport" məlumat yayıb.
"Qağayılar" Elliot üçün "Liverpul"la danışıqlara başlayacaq. "Brayton" 22 yaşlı oyunçu üçün 46 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, "Liverpul" Harvi Elliotu 2019-cu ilin yayında "Fulhem"in U-18 komandasından transfer edib. İngiltərə millisinin üzvü ötən mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi