2024/2025 mövsümündə Rusiya birinci divizionunun ən yaxşıları açıqlanıb.
Sportal.az xəbər verir ki, "transfermarkt" nəşri hər mövqe üzrə ən yaxşıları fərqləndirib. Həmin siyahıda əslən Azərbaycandan olan İslam İmamovun da adına rast gəlmək mümkündür.
Belə ki, "SKA-Xabarovsk"un qolkiperi başa çatan mövsümdə özünü ən yaxşı tərəfdən göstərə bilib. Xabarovsk təmsilçisi ilə yeni bir illik müqaviləyə qol çəkən 24 yaşlı qapıçı ən yaxşı 3 qapıçıdan biri olub.
Qeyd edək ki, AFFA İslamı Azərbaycan milli komandasına cəlb etmək istəyir.
saytlarin hazirlanmasi