"Ulduz" beynəlxalq futbol turnirinin qalibi oldu

15:55 - 24 İyun 2025

Bolqarıstanın Albena şəhərində "Golden Sands Cup 2025" beynəlxalq futbol turniri keçirilib.

Sportal.az xəbər verir ki, yarışda Azərbaycan, Bolqarıstan, Moldova, Rumıniya və Ukrayna klubları mübarizə aparıblar.

Ölkəmizi turnirdə "Ulduz" Futbol Akademiyasının 2014-cü il təvəllüdlü futbolçulardan ibarət komandası təmsil edib. Onlar qrup mərhələsində "Kids"ə (Maldova) 3:0, "CFR Timişoara"ya (Rumıniya) 9:0 və "Champion"a (Ukrayna) 12:1 hesabı ilə qalib gəliblər.

Yarımfinala qrup birincisi kimi vəsiqə qazanan Çingiz Bədəlovun baş məşqçisi olduğu komanda bu mərhələdə Moldova "İuppiter"i qarşılaşıb. Futbolçularımız bu dueli də aktivinə yazıblar – 6:3.

"Ulduz"un bu gün baş tutan finalda rəqibi isə ev sahibləri – "Çerno More" olub. Gərgin keçən matçda təmsilçilərimi bolqarları 1:0 hesabı ilə məğlub edərək, turnirin qalibi adını qazanıblar.

Qeyd edək ki, yarışda 12 komanda mübarizə aparıb.

Xəbər xətti