"Bavariya" Klublararası dünya çempionatında 3-cü turun matçına çıxıb.
Sportal.az xəbər verir ki, Almaniya nəhəngi "Benfika" ilə qarşılaşıb.
Almanlar bu görüşdə rəqibinə 0:1 uduzub. "Benfika" xalların sayını 7-ə çatdıraraq qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıb.
"Bavariya" isə 6 xalla qrupu 2-ci pillədə başa vurub.
"Bavariya" - "Benfika" 0:1
Qol: Şelderup 13