"Sumqayıt" müqavilə müddəti başa çatan yarımmüdafiəçi Murad Xaçayev ilə yollar ayrılıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubdan ona göstərdiyi xidmətlərə görə təşəkkür edib, karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2018-ci ildən "Sumqayıt"ın formasını geyinən Murad Xaçayev bu müddət ərzində bütün turnirlər daxil olmaqla 176 oyun keçirib.
Xaçayev bu oyunlarda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi