32 yaşlı futbolçu "Arsenal"ı tərk edir

22:43 - 25 İyun 2025

"Arsenal"ın yarımmüdafiəçisi Tomas Partey iyunun sonunda klubu tərk edəcək.

Sportal.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 32 yaşlı qanalı futbolçu "topçular"la müqaviləsini uzatmayacaq. Onun müqaviləsi 30 iyun tarixində başa çatır.

Partey 2020-ci ildən "Arsenal"da çıxış edir. Bu müddət ərzində o, klubun heyətində ümumilikdə 167 oyun keçirib, 9 qol vurub və 7 asist edib.

2024/25 mövsümündə isə 52 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti