Bölgə klubu hücumçusu ilə yollarını ayırdı - RƏSMİ

17:30 - 25 İyun 2025

Premyer Liqaya vəsiqə qazanan "Karvan"da ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Yevlax təmsilçisi Bəhruz Teymurovla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı hücumçunun başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, Bəhruz Teymurov ötən mövsüm "Karvan"ın heyətində 1-ci Liqada 13 qol vurub.

Xəbər xətti