Bu gün qızlardan ibarət basketbol üzrə U-16 millimizin Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş "Airom Cup" beynəlxalq turnirində son oyunları baş tutub.
Sportal.az xəbərverir ki, U-16 seçməmiz turnirin son oyunlarında Qazaxıstanın "Barsy Atrau" klubuna 68:32, Rusiyanın "MBU Volqoqrad" klubuna isə 58:47 hesabları ilə qalib gələrək, "Airom Cup" beynəlxalq turnirinin çempionu olub.
Qeyd edək ki, qızlarımız bu çempionluğu bütün oyunlarını qalib tamamlayaraq qazanıblar.
saytlarin hazirlanmasi