Kilian Mbappe xəstəlikdən sonra "Real"ın ümumi qrup məşqlərinə qayıdıb.
Sportal.az xəbər verir ki, "Marca"nın məlumatına görə, 19 iyun tarixində Madrid klubunun hücumçusu kəskin qastroenterit səbəbindən xəstəxanaya yerləşdirilmiş və elə həmin gün evə buraxılmışdı. Mbappe Klublararası Dünya Çempionatının ilk iki oyununu - "Əl-Hilal"la (1:1) və "Paçuka" ilə (3:1) qarşılaşmaları buraxıb.
Bugünkü məşqdə Mbappe komandayla birlikdə çalışıb. Fransalı hücumçu turnirin qrup mərhələsinin 3-cü turunda "Zaltsburq"a qarşı oyunda iştirak edə bilər.
saytlarin hazirlanmasi