Klublararası dünya çempionatı: "Mançester Siti" "Yuventus"u məğlub edərək qrup lideri oldu

01:00 - 27 İyun 2025

ABŞ-da təşkil olunan klublararası dünya çempionatında qrup mərhələsinin daha 2 matçı keçirilib.

Sportal.az xəbər verir ki, G qrupunda "Mançester Siti" "Yuventus"u 5:2 hesabı ilə məğlub edərək qrup lideri kimi, İtaliya təmsilçisi isə qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıb.

Qrupun digər matçında isə Mərakeş təmsilçisi "Vidad" Səudiyyə Ərəbistanı klubu "Əl-Ayn"la qarşılaşıb. Matç Mərakeş təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

26 iyun

Klublararası dünya çempionatı, G qrupu

"Mançester Siti" - "Yuventus" 5:2

Qollar: C.Doku,9, P.Kalulu,26(ö.q), E.Haaland,52, F.Foden,69, Savinho,76, - T.Koopmeyners,11, D.Vlahoviç,84

"Vidad" - "Əl-Ayn" 1:2

Qollar: C.Mailula,4, - K.Laba,45+1, Kaku,50

Xəbər xətti