"Valensiya"nın müdafiəçisi Kristian Moskera karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Arsenal" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Valensiya" 20 yaşlı mərkəz müdafiəçisi üçün 20 milyon avro tələb edir. "Arsenal" bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, Kristian Moskera "Valensiya"nın yetirməsidir. İspaniya U-21 millisinin üzvü ötən mövsüm "yarasalar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi