İtaliya klubu 22 yaşlı futbolçunu transfer etdi RƏSMİ

21:52 - 26 İyun 2025

"Empoli"nin yarımmüdafiəçisi Cakopo Fatszini "Fiorentina"ya keçib.

Sportal.az xəbər verir ki, bu barədə "bənövşəyi"lərin mətbuat xidməti məlumat yayıb. 22 yaşlı italiyalı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb. "Transfermarkt" portalı transferin dəyərini 10 milyon avro olaraq qiymətləndirib.

Ötən mövsüm Fatszini "Empoli"nin heyətində 22 oyun keçirib, 6 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun İtaliya U-21 millisində 5 oyunu var.

Xəbər xətti