İtaliyanın "Piza" klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyasına yüksələn kollektiv "Frozinone"dən İsak Vuralı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Piza" türk yarımmüdafiəçi üçün onun klubuna 4,5 milyon avro təzminat ödəyib. 19 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Türkiyə U-21 millisinin üzvü olan İsak Vural ötən mövsüm "Frozinone"nin heyətində meydana çıxdığı 24 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi