"Sabah"ın rəqibi "Everton"un qapıçısı ilə anlaşdı

15:53 - 30 İyun 2025

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye" heyətinə yeni qapıçı cəlb edib.

Sportal.az xəbər verir ki, Sloveniya təmsilçisi "Everton"la müqaviləsi başa çatan Jan-Lyuk Lebanla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı sloveniyalı "əlcək sahibi" ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Sabah" ”Çelye" ilə ilk oyunu iyulun 10-da Bakıda keçirəcək. Komandalar arasındakı cavab görüşü isə 1 həftə sonra Sloveniyada baş tutacaq.

Xəbər xətti