"Arsenal" həftəsonu Ebereçi Ezenin nümayəndələri ilə əlaqə saxlayıb.
Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, klub "Kristal Pelas"ın cinah oyunçusunun mümkün transferini müzakirə edir və transfer şərtləri barədə məlumatlandırılıb.
Qeyd olunur ki, "Tottenhem" də hələ də Eze ilə maraqlanır.
Bundan əvvəl "topçular"ın 27 yaşlı futbolçunu sol cinah üçün transfer hədəfləri siyahısına daxil etdiyi məlum olmuşdu. İngiltərəli futbolçunun hazırkı müqaviləsində 68 milyon funt-sterlinq məbləğində sərbəstqalma bəndi var.
Geridə qalan mövsümdə Eze Premyer Liqada 34 oyun keçirib, 8 qol vurub və 8 qol ötürməsi edib.
saytlarin hazirlanmasi