Premyer Liqa klubundan rekord transfer - 55 milyon avro

19:21 - 1 İyul 2025

"Sportinq"in müdafiəçisi Usman Diomande karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Kristal Pelas" Fil Dişi Sahili millisinin üzvünün keçidini həll edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

London klubu Diomande üçün "Sportinq"ə 55 milyon avro təzminat ödəyəcək. Bu, klub tarixinin ən bahalı transferi olacaq.

Qeyd edək ki, "Sportinq" Usman Dembeleni 2023-cü ilin yanvar ayında "Midyullan"dan transfer edib. 21 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti