Premyer Liqa klubu Donnarumma ilə maraqlanır

23:04 - 12 İyul 2025

“Çelsi” Canluici Donnarummanı trasnfer etmək istəyir. 

Sportal.az xəbər verir ki, "L’Equipe"in məlumatına görə, Donnarummaya Avropanın bir neçə klubu maraq göstərir və bu siyahıda “Çelsi” də var.

Qeyd edək ki, italiyalı qapıçının PSJ ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatır. Klub bir neçə aydır ki, futbolçunun ətrafı ilə yeni müqavilə barədə danışıqlar aparır. Bildirilir ki, Donnarumma Parisdə qalmaq istəyir, lakin hər hansı bir şərtlə yox.

Xəbər xətti