"Bayer" baş məşqçi postuna braziliyalı mütəxəssisi gətirmək istəyir

09:55 - 7 Sentyabr 2025

İtaliyalı mütəxəssis Tiaqo Motta “Bayer”in baş məşqçisi ola bilər.

Sportal.az xəbər verir ki, vasitəçilər 42 yaşlı mütəxəssisin xidmətlərini Leverkuzen klubuna təklif ediblər, lakin hələlik cavab verilməyib. 1 sentyabrda Erik ten Haq “Bayer”in baş məşqçi postundan istefaya göndərilib.

Xatırladaq ki, Motta 2024-cü ilin yayından 2025-ci ilin mart ayına qədər “Yuventus”u çalışdırıb. Bundan əvvəl o, “Cenoa”, “Spetsiya” və “Bolonya” klublarında da işləyib.

Xəbər xətti