"Fənərbaxça"nın yeni transferi zədələndi

13:47 - 7 Sentyabr 2025

"Fənərbaxça"nın yeni transferi Edson Alvares sıradan çıxıb.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər xəbər verir ki, o, Meksika millisinin düşərgəsində zədələnib.

Edson Yaponiya ilə yoldaşlıq görüşünün (0:0) birinci hissəsində zədələnərək meydanı vaxtından əvvəl tərk edib.

27 yaşlı stoperin son durumu tibbi müayinədən sonra dəqiqləşəcək.

Xəbər xətti