"Hücumameyilli futbol oynamağa çalışacağıq" - "Benfika"nın hücumçusu

19:05 - 15 Sentyabr 2025

"Benfika"nın hücumçusu Vangelis Pavlidis UEFA Çempionlar Liqası Liqa mərhələsinin 1-ci turunun "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, yunanıstanlı forvard hücumameyilli futbol oynayacaqlarını bildirib:

"Çempionlar Liqası oyunlarına yaxşı başlamaq istəyirik. Təbii ki, hücumameyilli futbol oynamağa və qalib gəlməyə çalışacağıq. Ən vacibi 3 xalı əldə etmək və yaxşı çıxış etməyə davam etməkdir. Sabah görəcəyik ki, komanda necə yaxşı oynaya bilir".

Qeyd edək ki, "Benfika" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər xətti