"Real" futbolçularından hakim narazılığı

00:50 - 16 Sentyabr 2025

“Real”ın futbolçuları hesab edirlər ki, hakimlər onlara qarşı qərəzli davranır. Xatırladaq ki, La Liqanın 4-cü turunda “Real Sosyedad”la (2:1) oyunda Madrid komandasının müdafiəçisi Din Heysen əkshücumun qarşısını kəsdiyi üçün qırmızı vərəqə alıb.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu"nun oyunçuları hakim Heysus Hil Manzanonun qırmızı vərəqə qərarını heç tərəddüd etmədən verməyindən təəccübləniblər, xüsusilə qapıya məsafənin və yaxınlıqda başqa müdafiəçi Eder Militaonun olmasına baxmayaraq.

“Real”ın futbolçuları arasında getdikcə daha çox yayılan fikir budur ki, komandaları daha sərt qiymətləndirilir, digər titul namizədlərinə isə daha yumşaq yanaşılır. Onlar hesab edirlər ki, müxtəlif klubların oyunlarında eyni epizodlar fərqli cür şərh olunur.

Xəbər xətti