Oktyabrın 1-də Suraxanıda yerləşən "Azərsun Arena"da UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununun biletləri satışa çıxarılır.
Sportal.az xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 12:00-dan əldə edə bilərlər.
Satış məntəqələri:
iTicket.az-da onlayn satış;
Oyun günü isə iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassası;
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorların qiyməti isə 7 manatdır.
QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.