İsgəndərlinin qolu komandasına yetmədi

00:33 - 28 Sentyabr 2025

Albaniya çempionatında 5-ci  turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" səfərdə "Bilis"lə üz-üzə gəlib. Matçda İsgəndərlinin komandası 1:3 hesabı ilə uduzub.

Meydana start heyətində çıxan azərbaycanlı vinger 20-ci dəqiqədə komandasının yeganə qolunu penaltidən vurub. Matçın 61-ci dəqiqəsində isə İsgəndərli əvəzlənib.

Qeyd edək ki, "Partizani" 4 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti